пятница, 25 января 2013 г.

Dini fəaliyyət ziyanlıdır, yoxsa cinsi istismar?..

Azərbaycan Respublikasının Milli Məclisi dini fəaliyyətdə qadağaları nəzərdə tutan yeni layihəni qəbul etməyə hazırlaşır. Cinayət Məcəlləsinin 167, 167.1, 168-ci maddələrində ediləcək dəyişikliklərlə qadağaları pozan şəxslərin cərimələnməsi, bir çox hallarda azadlıqdan məhrum etməklə cəzalandırılması nəzərdə tutulur. Bu nəzərdə tutulan layihənin parlamentdə qəbul olunmayacağını güman etmək həddən artıq sadəlövlük olar. 

Lakin bir şeyə diqqət çəkmək lazımdır ki, məsələyə bu şəkildə yanaşmaq həssas olan münasibəti bir qədər də sərtləşməsinə xidmət edir. Bundan əlavə dinlərə münasibətdə bərabərlik prinsipləri pozulur. Bu ölkədə dini azadlıqların məhdudlaşdırılmasında aparılan siyasət yalnız müsəlmanlara qarşı yönəlib. Onu demək istəmirik ki, təzyiqlər başqa dinlərə də sirayiət eləsin. Ancaq baş verən mənzərə ötən əsrdə sovet hakimiyyətinin qurulmasının ilk illərinə bənzəyir. Bolşeviklər 30-cu illərə qədər dinə, fərdi təsərrüfata, mülkiyyət hüquqlarına müdaxilə etmir, ya da bu kampaniyanı geniş miqyasda həyata keçirmirdi. Otuzuncu illər isə bu hüquqlara qarşı genişmiqyaslı dövlət siyasətinin başlanğıcı, repressiya və təqib kampaniyasının başlanğıcı oldu. Nəzərdə tutulan dəyişiklik zərərli dini ədəbiyyatın satışı və yayılması ilə bağlıdır. Bir şeyə diqqət çəkmək lazımdır ki, zərərli dini ədəbiyyat dedikdə nələr nəzərdə tutulduğu bilinmir. Qarşılaşdığım bir hadisə bu şübhələrimi bir qədər də gücləndirir. Təxminən 8-9 il bundan əvvəl xaricdə dini təhsil alan bir tələbənin ölkəyə gətirdiyi kitablar müsadirə olunmuşdu. Bu kitablardan biri Qurani-Kərimin təfsiri, o biri isə “Nəhcül-Bəlağə” idi. Bu ölkədə Quranın təfsiri zərərli dini ədəbiyyat olaraq müsadirə edilə bilirsə, gələcəkdə də bu cür subyektiv amillərin baş verə biləcəyini kim istisna edə bilər? Məsələnin başqa bir tərəfi bu dini ədəbiyyata münasibətdən irəli gəlir. Dini ədəbiyyatın zərərli və ya münasib olub-olmaması kitablar fərdi dünşüncə ilə yanaşmanın təzahürü ilə aşkara çıxa bilər. Ölkəyə gətirilən və ya ölkə daxilində istehsal edilən dini ədəbiyyatın zərərli və zərərsiz olmasını müəyyən etmək olduqca çətin məsələdir. Əvvəla, bu qədər kitabı oxumaq üçün fiziki imkanlar və onları təftiş edə biləcək mütəxəssislərin sayı buna imkan verməz. Deməli, kitablara lisenziya vermək adı ilə istənilən qədər onların çapı gecikdiriləcək. Bundan əlavə, məsələ həm də kitabların çapı, satışı və yayılması ilə məhdudlaşmır. Nəzərdə tutulan dəyişikliklərdə dini vasitə və əşyaların da yayılmasının məhdudlaşdırılmasını irəli sürür. Bu layihədən görünən odur ki, gələcəkdə hicab, təsbeh, səccadə və s. satışı ilə məşğul olanlar istənilən vaxt müdaxilələrlə üz-üzə qala bilər. Bu adamları inzibati qaydada cərimələr, hətta həbs olunmaq təhlükəsi də gözləyir. Bu ölkənin sabitliyinə təsbeh satılması və yayılması təhlükə törədə bilirsə, onda bunun adı sabitlik deyil. Bu cür qadağalar bir yandan vətəndaşın hüquq və azadlığını, eyni zamanda, vicdan azadlığını məhdudlaşdırmağa xidmət edirsə, digər tərəfdən ölkənin imicinə ciddi zərbə vurur. 
Bir ölkədə ki dini fəaliyyət qumarbazlıq, iş yerində cinsi zəmində təqiblərə, qısnamaya məruz qalmış qadının rəhbərlikdən şikayətinə görə  bu işçinin təzyiqlərə məruz qalması, özünü satan qadınların bu məşğuliyyətlərinə görə cərimələrdən daha kəskin şəkildə cəzalandırılacaqsa, onda cəmiyyətin əxlaqi dəyərlərinin qorunacağını düşünmək absurd görünür.

28 noyabr 2011

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...