"Sən iman vadisinə daxil ol, bu vadidə bir ağac gözlənilmədən deyəcəkdir ki, Allah mənəm. (Musaya (ə) deyilən kimi) Vəhdətin müşahidədə olduğunu hesab edən təhqiqatçının birinci dəfə baxışı varlıq nurunun üzərinə düşür. Mərifətdən nur və şəfa görmüş ürək, hər nəyə baxsa, əvvəlcə orada Allahı görəcək".
Azərbaycan mütəfəkkiri və klassik şairi Mahmud Şəbüstəri "Gülşəni-raz" (Sirr gülşəni) əsərində yazır ki, "təfəkkür deyilən şey görəsən, nədir? Bu mənadan özüm heyrətdə qaldım. Təfəkkür batildən haqqa tərəf getməkdir. Cüzün içərisində mütləq küllü görməkdir".
"Təfəkkür əhlinin Allahın mərifətinə yetişməsi iki yol ilə mümkündür. Birinci yolun adamları sübut və dəlil əhlidirlər, onlar dəqiq rəy, fikir və qəti arqumentlərlə yəqinlik yəqinlik səltənətinə yetişərlər. İkinci yolun adamları isə kəşf, zövq və düşüncə əhlidirlər, onlar mənəviyyata və batini aləmi seyr etməklə vüsal şahidini öz ağuşlarına alırlar."
"Cəbərut aləmində O, tək və yalnız idi. Onu nə görən bir göz, nə də sevən bir qəlb vardı. Onun üçün Adəmi (ə) yaratdı". – Fuad Köprülü belə yazır.
"Elə bir əşya göstərə bilməzsiniz ki, deyəsiniz, Allah ordadı, ya da elə bir əşya göstərə bilməzsiniz ki, deyəsiniz Allah orda yoxdu" (Hz. Əli (ə) "Nəhcül-Bəlağə").
Ağıl Allahın zatının varlığını bilir, ancaq mahiyyətini dərk edə bilməz. Hələ öz mahiyyətini bilməyən insanın ağlının bu yola düşməsi onu ancaq şirkə salar. Çünki Allahın zatı haqqında hər nə düşünsə, bunlar onun düşüncəsinin məhsuludur. İnsan ancaq Allahın yaratdığı bu varlıq aləmini anlamağa çalışa bilər, Onun məxluqatını təfəkkürünə sığışdıra bilər, zatını deyil. Onun zatının qüdsi mahiyyətini ancaq Özü bilir.
Nə göz hər varlığı görər, nə qulaq hər səsi eşidər, nə də ağıl hər şeyi anlayar. Hər şey Allahın mülki və məxluqudur. Ağıl isə hər şeydən, sadəcə bir şeydir. Hər bir məxluq kimi, ağıl da məhdud, yəni müəyyən sərhədlər daxilindədir. Ağıl hələ bir hüceyrəni belə tam olaraq izah edə, genin şifrələrini çözə bilməyib. O biri tərəfdən qalaktikalara sərhəd təyin edə bilməmiş, səmanın böyüklüyünü göstərə biləcək rəqəm müəyyənləşdirməyib. Qısası, insan ağlı hələ məxluqat dairəsini bütövlükdə anlaya bilməyib.
Bir sözlə, şair bütün bu məsələni qısaca belə ifadə edir:
Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdir bu gözdən baxan, ya dildə bu quya nədir.17 Mart 2020 Salı
Təfəkkürdən mərifətə yetişməyin iki yolu

Kimdir bu gözdən baxan, ya dildə bu quya nədir.
Kaydol:
Kayıt Yorumları (Atom)
İnsanı dəyərli edən amillər - İstedad öndə gəlir, yoxsa tərbiyə?
“Cəvahir toz-torpaqa batsa da, yenə qiymətini itirməz, toz-torpaq göyə qalxsa da, yenə qiymətə minməz. Tərbiyəsiz istedad heyfdir, istedadsı...
-
Qədim zamanlarda Qumlu Təpələr deyilən quraq təbiəti və qızmar havası olan bir kənd vardı. Bir-iki quru ağacdan və yulğundan başqa bu kən...
-
Rəsul Mirhəşimli Onunla aramız dəyəli on yeddi ildi. O olan tərəfə baxmazdım da... Arada yuxularıma gəldiyini saymasaq, oyaq ikən yadı...
-
Rəsul Mirhəşimli Sənə bir daş atar yerindən duran, Səni sevdiklərin daş-qalaq eylər. Bir əlində daş var, birində Quran, Daş ata...
-
Rəsul Mirhəşimli Klassik ədəbiyyatda simvol və rəmzlər mövzusu hər zaman aktual olub. Bü günümüzdə də həmin poetik nümunələrin hansı anla...
-
Rəsul Mirhəşimli Hərdən oturub fikirləşirəm, tarixdə olan nəsnələr və hadisələr bu günümüzlə niyə belə səsləşir, görəsən? İnsan tək...
-
Rəsul Mirhəşimli Dərdi-hicran çarəsin hərçənd bildim səbr imiş, Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox! (Seyid Əbülqasim Nəbati)...
-
Rəsul Mirhəşimli Tez-tez bu sözləri eşidirik. “İbadət etmədiyinə baxmayın, ürəyi təmizidir.” Bu məsələdə bir qədər də ifrata gedənl...
Hiç yorum yok:
Yorum Gönder