- İnsanların bir-birinə müraciət formasında hansı ifadənin seçilməsi hər zaman aktual və mübahisəli olub. Qadınlara ünvanlanan müraciətdə, demək olar ki, fikir ayrılığı yoxdur. Qadınlara hər kəs “xanım” deməyə tərəfdardır. Kişilərə bu müraciətin necə olunmasıdı mübahisələrə yol açan məqam.
Kimsə mənəvi dəyərə sahib olub bəy adını daşımaq
istəmirsə, onu zorla bəy etmək də gərəkli deyil. Bu nə o adama xoş gələr, nə də
başqalarına.
Bəylik vəzifə və titul deyil. Bəylik özündə dərin
mənəviyyatı, əxlaqı və s. mənəvi dəyərləri daşıyan kişilik normasıdır!
Azərbaycanın mənəvi xəzinəsində bəy sözünə bütün tarix
boyu rast gəlmək mümkündür. Ən qədim yazılı kitabımız olan “Kitabi-Dədə Qorqud”da
bəy adı bir çox yerlərdə çəkilir. Sonrakı dövr tarixində və ədəbiyyatında da bəy
adına rast gəlmək mümkündür. “Koroğlu” dastanında Giziroğlu Mustafa bəy, İsmayıl
bəy Qutqaşınlının əsəri olan “Rəşid bəy və Səadət xanım” və başqa bu kimi
nümunələr göstərir ki, bəy sözü müraciət olaraq xalqa ən doğma olan ünvanlar
sırasındadır.
Bəylik titulunun ən yüksək zirvəyə qalxdığı zaman
1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dönəmidir. Azərbaycana rəhbərlik
edən hər kəs demək olar ki, bu titulun daşıyıcısı idi. O dövrdə ölkəyə
rəhbərlik edənlərin ad və soyadlarına baxmaq yetərlidir ki, buna əmin olasan. O
dövr üçün bəylərin hakimiyyətdə olması ilk növbədə ölkəni arealçı düşüncə
tərzindən xilas etdi. Azərbaycanın bütün bölgələri bərabər səviyyədə
idarəetmədə təmsil olunurdu. Bu da bəylik şərəfinin xalqa verdiyi ən böyük
qürur hissi idi.
Bəy adına ilk hücumlar bolşeviklərin hakimiyyəti zorla
ələ keçirməsindən sonra başlaıldı. 1993-cü ildən sonra bolşeviklərdən qalma
ənənə yenidən bərpa olundu. Əslində, bu ənənə genetik məsələdir. Bolşeviklərə
ideoloji və genetik baxımdan bağlı olan adamlar bəylik adını özünə sığışdırmazdılar,
bir də bu ad onlara yaraşan da deyil. Çünki bəyliyin əks tərəfində dayanan
ideoloji cərəyan köləlikdi. Mayası bu ideoloji ilə yoğrulmuşlar necə bəy ola
bilərlər ki? Bəy adına indiki hakimiyyətin münasibəti bir dalana sığışdırlmış
İstiqlal abidəsi ilə aydın olur.
Bəy adına alternativ kimi bəzən müraciət forması kimi
“müəllim” sözünə də yer verilir. Müəllim deyə hər kəsə müraciət edilməsi yersiz
səslənir. Bu sözün mənası elm öyrədən deməkdi. Elmimi ondan almadığım birinə
niyə "müəllim" deməliyəm ki?!
"Yoldaş" adı isə bolşeviklərdən qalma
müraciətdi. İndi daha çox mənasız görünür bu müraciət. Yoldaşlıq etmədiyin
birinə niyə "yoldaş" deyəsən?!
Məncə, ən qürurverici müraciət elə BƏY sözünə sığınmaqdı!
Hiç yorum yok:
Yorum Gönder